Xəbər lenti

İdman 17:03 26.01.2024

“Turan Tovuz” evdə “Səbail”ə qalib gəldi

Azərbaycan Premyer Liqasında XX tura start verilib.

Qaynarinfo-nun məlumatına görə, açılış oyunu Tovuzda keçirilib.

Yerli "Turan Tovuz” komandası doğma azarkeşləri önündə "Səbail”lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 24-cü dəqiqədə Ayxan Quseynov açıb. 73-cü dəqiqədə Luis Paçu adını tabloya yazdırıb. Qonaqlar 81-ci dəqiqədə Pedro Nunonun dəqiq zərbəsi sayəsində fərqi minimuma endirməklə ümidləniblər. Lakin cəmi 5 dəqiqə sonra qərb komandası yekun nəticəni müəyyənləşdirən qola imza atıb. Paçu dublunu rəsmiləşdirib.

Bu qalibiyyət sayəsində xallarının sayını 25-ə çatdıran "Turan Tovuz” yeddinci pilləyə yüksəlib. "Səbail” isə 27 xalla beşinci yerdə qalıb.

Qeyd edək ki, turun digər oyunları yanvarın 27-28-də keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->