Xəbər lenti

Dünya 19:14 05.04.2024

Türkiyə sanksiyaları səbəbindən Rusiyaya tədarükünü dayandırıb

Son iki ildə Türkiyə və Çin Rusiya üçün (Mərkəzi Asiya ölkələri ilə birlikdə) əsas idxal mərkəzlərinə çevrilib. Onların vasitəsilə Rusiyaya böyük həcmdə həm istehlak malları, həm də sənaye və texnoloji avadanlıqlar, o cümlədən silah istehsalı üçün zəruri olanlar daxil olurdu. Amma ABŞ-ın (Türkiyə timsalında, həmçinin Avropa İttifaqının) sanksiyalara əməl etməsinə nəzarəti gücləndirməsi nəticəsində bu ilə qədər bol olan əmtəə axını azalmağa başlayır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” məlumat yayıb.

Nəşr Türkiyə Ticarət Nazirliyinin cümə axşamı dərc etdiyi ilkin məlumatlara əsasən yazır ki, bu ilin birinci rübündə Rusiyaya ixrac 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,7% azalıb. 22 min üzvü olan Maşın avadanlıqları ixracatçıları Birliyi bu ilin yekununa görə təxminən eyni azalmanı gözləyir. 

Birliyin sədri Kutlu Karavelioğlu "Bloomberg”ə bildirib ki, xüsusilə silah istehsalı üçün istifadə oluna bilən mallara qarşı "müəyyən mənada” və "sürətlə genişlənən” sanksiyalara görə sektorda tədarük 1 milyard dollar azaldıla bilər. Onun sözlərinə görə, gözlənilən enişin miqyası ötən ilki satışların üçdə birinə bərabərdir, lakin indiyədək Rusiyaya dəzgahlar, yanacaq nasosları və elektrik mühərrikləri ixracı ən çox zərər çəkib.
"Bank sisteminə və tədarük zəncirlərinə artan təzyiq fonunda heç bir ciddi maşın avadanlığı istehsalçısının Rusiyaya eyni marağı saxlaması mümkün deyil”, - Karavelioğlu izah edib. 

Aylıq ifadədə Rusiyaya ixrac 2022-ci ilin dekabrında pik həddə çataraq 991,4 milyon dollar təşkil edib. Sonra tədarük tədricən azalmağa başlayıb, lakin son bir il ərzində aylıq rəqəm 800 milyon dollar civarında dəyişib. Yanvarda 553,9 milyon dollara eniş baş verib. Bir ay əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiyaya tədarük üçün ödənişləri emal edən banklara qarşı da daxil olmaqla, ikinci dərəcəli sanksiyalar tətbiq etmək səlahiyyətlərinin genişləndirildiyini elan edib. Bundan əlavə, Amerika rəsmiləri son bir il ərzində bir neçə dəfə Türkiyəyə səfər edərək, sanksiyalar rejiminə riayət etmək və elektron komponentlərin Rusiyaya ixracını dayandırmağa çalışıblar.

Avropa Komissiyasının rəsmiləri də Türkiyə rəsmiləri ilə danışıqlar aparıblar. 2023-cü ilin sonunda isə 13-cü sanksiyalar paketində Aİ Rusiyaya silah istehsalı üçün istifadə olunan maşın, avadanlıq və komponentlərin tədarükünü qadağan edib. Əvvəllər qəbul edilmiş sanksiyalara əməl olunmasına, o cümlədən üçüncü ölkələrə münasibətdə nəzarət tədbirləri də sərtləşdirilib.

"Biz xüsusilə Rusiyanın metallar, mədənçıxarma, tikinti, aerokosmik və istehsal sektorlarında artan tənzimləyici yoxlamaların şahidi oluruq”, - "Reed Smith”in sanksiyalar və ixraca nəzarət üzrə hüquqşünası Tan Albayrak bildirib. 

O qeyd edir ki, ilk növbədə Qərb ölkələri maşın hissələri, mikrosxemlər və çap lövhələri kimi komponentlərin Rusiyaya daxil olmasının qarşısını almağa çalışır: "Bu malların əksəriyyətində həm mülki, həm də hərbi təyinatlı məhsullar var. Onlar paltaryuyan maşında və ya döyüş tankında istifadə oluna bilər”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->