Xəbər lenti

Dünya 15:45 30.03.2024

Türkiyənin F-16-ları KAAN-la əvəz edəcək

Türkiyə 2028-ci ildə ölkənin Hərbi Hava Qüvvələrinə daxil ola biləcək KAAN döyüş təyyarələrinin istehsalının inkişafı fonunda Vaşinqtondan Amerika F-16 qırıcılarının alışını azalda bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" qəzeti məlumat yayıb.

"Türkiyənin müdafiə sənayesi sahəsində atdığı mühüm addımlar və 2028-ci ildə KAAN-ın Hərbi Hava Qüvvələrinə inteqrasiyası planı F-16 paketi çərçivəsində ABŞ-dan həyata keçiriləcək satınalmalara da təsir edəcək", deyə nəşr yazıb.

Fevral ayında Birləşmiş Ştatlar Konqresi NATO müttəfiqləri arasında birlikdə işləməyi təmin etmək üçün Türkiyəyə 40 yeni F-16 qırıcı təyyarəsinin təhvil verilməsinə dair qərar qəbul etdiyini açıqlamışdı.

Eyni zamanda, Ankara S-400 komplektinin alınması üçün Rusiya ilə müqavilə bağladıqdan sonra Vaşinqton Türkiyəni F-35 qırıcılarının tədarükü proqramından kənarlaşdırıb. Birləşmiş Ştatlar "Patriot"un xeyrinə Rusiya sistemlərindən imtina etməyi tələb etsə də, Ankara bununla razılaşmayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?