Xəbər lenti

Uğurlu insanları birləşdirən bir xüsusiyyəti - Psixoloq açıqladı
Dünya 23:18 07.11.2025

Uğurlu insanları birləşdirən bir xüsusiyyəti - Psixoloq açıqladı

Təkcə istedad kifayət deyil — insanın etdiyi səylər, çalışqanlıq və qətiyyət uğurun əsas açarıdır.

Qayanrinfo xəbər verir ki, bu barədə psixoloq Anjela Dakvort "Mel Robbins" podkastında danışıb.

Psixoloq bildirib ki, bütün uğurlu insanları birləşdirən ortaq xüsusiyyət "israrlılıq və inadkarlıq” (ing. grit) adlanır. Bu keyfiyyəti isə istənilən insan inkişaf etdirə bilər.

Dakvortun sözlərinə görə, zirvəyə yüksələn insanların hamısı uzun illər ərzində sevdikləri işə sadiq qalmağı bacarır. Bu, iki əsas komponentdən ibarətdir — ehtiras və səbrlə çalışma.

"İnadkarlığın bir hissəsi ondadır ki, sən pis günlərdə belə yenidən qalxa bilirsənmi? Əgər sən uzunmüddətli məqsədlərə qarşı ehtirasını inadla birləşdirirsənsə, deməli, səndə mən araşdırdığım bütün sahələrdə görkəmli nailiyyətlərə aparan əsas keyfiyyət var”, deyə psixoloq vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, istedad yalnız başlanğıcdır. Uğur isə ardıcıl səylər, öz üzərində işləmək və motivasiyanın azaldığı anlarda da dayanmaqdan imtina etməmək sayəsində gəlir.

"Uğurun təkcə istedaddan asılı olmadığını dərk etmək insana böyük güc verir. Əsl istedadlı insanlar belə təkcə bacarıqlarına arxalanmır — onlar həm də çalışqan və dözümlü olurlar. Bu, hətta ruh düşkünlüyü və qeyri-müəyyənlik dövrlərində də davam etmək qabiliyyətidir”, deyə məqalədə qeyd olunur.

Belə insanlar təslim olmur, çünki gördükləri iş onlar üçün kifayət qədər önəmlidir. Uğurun sirri məhz buradadır — sevdiyin məqsədə illərlə sadiq qalmaq və inadla ona doğru irəliləmək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->