Xəbər lenti

Ukrayna üçün 2.7 milyard dollarlıq maliyyə yardımı
Dünya 16:24 12.07.2022

Ukrayna üçün 2.7 milyard dollarlıq maliyyə yardımı

Ukrayna 1,7 milyard dollarlıq daha bir beynəlxalq maliyyə yardımı alıb.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna baş naziri bildirib.
 
Baş nazir Denis Şmixal ABŞ-a "inanılmaz dəstəyə" görə təşəkkür edib. Şmixal Dünya Bankının Beynəlxalq Yenidənqurma Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən yaradılmış Vahid Donor Etimad Fondundan gələn qrantı aldıqlarını təsdiqləyib. O, qrantın "Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü səbəbindən" razılaşdırıldığını və tibbi xidmətlər üçün dövlət büdcəsinin xərclərinə yönəldiləcəyini deyib.

Avropa Komissiyasının da Ukraynaya verəcəyi 1 milyard avroluq yardım təklifi təsdiqlənib. "Politico”nun xəbərinə görə, bu barədə Çexiyanın maliyyə naziri Zbinek Stanjura məlumat verib

AB-nin maliyyə nazirləri Avropa Komissiyasının Ukraynaya uzunmüddətli güzəştli kredit kimi veriləcək 1 milyard avroluq makromaliyyə yardımı təklifini təsdiqləyiblər. Yardım Ukraynanın büdcə kəsirini aradan qaldırmaq və müharibədən əziyyət çəkən ölkədə maliyyə böhranının qarşısını almaq üçün beynəlxalq səylərin tərkib hissəsidir.

"Biz Ukraynaya təcili ehtiyacları ödəmək və kritik infrastrukturun fəaliyyətini təmin etmək üçün lazımi vəsait verəcəyik", - Çexiyanın maliyyə naziri Zbinek Stanjura bildirib.

Xatırladaq ki, Praqa hazırda AB Şurasına sədrlik edir.

AB diplomatı bildirib ki, əlavə yardım və Ukraynanın yenidən qurulmasının maliyyələşdirilməsinə dair daha geniş planlar üzrə müzakirələr davam edir və Komissiya, çox güman ki, yay fasiləsindən sonra təkliflərini təqdim edəcək.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->