Xəbər lenti

Ölkə 16:15 11.03.2024

"United Sport"dan idman dəsti oğurladı, bir aylıq həbs olundu

Nəsimi rayonunda yerləşən "United Sport" mağazasından oğurluq olub. 

Qaynarinfo-nun məlumatına görə, oğurluq 1988-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş Cavid İmranov (ad-soyad şərti) tərəfindən törədilib. 

Belə ki, müştəri qisimində mağazaya daxil olan təqsirləndirilən şəxs ümumi qiyməti 437 manat olan 1 ədəd idman dəstini və 1 ədəd köynəyi bəyəndiyi üçün geyinib, oranı tərk edib. 

Bundan başqa 312 manat dəyərində paltara isə maddi ziyan vurub. 

Məhkəmənin qərarı ilə Cavid İmranov İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->