Xəbər lenti

Vəkil Zabil Qəhrəmanov saxlanıldı (YENİLƏNİB)
Ölkə 14:14 24.10.2025

Vəkil Zabil Qəhrəmanov saxlanıldı (YENİLƏNİB)

Vəkil Zabil Qəhrəmanov xuliqanlıqda ittiham olunur.

APA-nın əldə etdiyi məlumata görə, onun avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi iddia olunur.

Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
 
13.55

Gəncədə tanınmış vəkil saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, tanınmış vəkil Zabil Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir.

Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Vəkilin hansı səbəbdən saxlanılması məlum deyil.

Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->