Uzun illər boyunca məşhur sənətçi Benksinin əsl adı gizli qalıb. İndi isə onun kimliyi böyük ehtimalla üzə çıxarılıb.
Qaynarinfo xəbər verir ki, "Reuters" xəbər agentliyinin araşdırmasına görə, Benksi ləqəbi altında fəaliyyət göstərən şəxs Böyük Britaniyanın Bristol şəhərindən olan rəssam Robin Hanninqem ola bilər. Jurnalistlərin məlumatına görə, Hanninqem Bristolda doğulub və 1990-cı illərdə sənət karyerasına başlayıb.
Agentlik arxiv materiallarını, keçmiş müsahibələri, ictimai sənədləri və rəssamla tanış olan şəxslərin ifadələrini analiz edib. Onların fikrincə, Hanninqem rəssamın təsviri və bioqrafiyasına ən uyğun gələn şəxsdir.
Bildirilib ki, Hanninqem müəyyən vaxtlarda adını dəyişərək David Cones qoyub. Ehtimal olunur ki, bu addım Böyük Britaniya KİV-lərinin onun kimliyini üzə çıxarmaq cəhdlərinə cavab olaraq atılıb.
Qeyd edək ki, Benksi əsasən binaların, körpülərin və digər şəhər səthlərinin üzərində qraffiti işləri ilə məşhurdur. Onların çoxu siyasi və ya sosial mesaj daşıyır. Uzun illər anonim fəaliyyət göstərən Benksinin əsərləri hərraclarda milyonlarla dollara satılıb. Rəssam anonim qaldığı üçün əsərlərinin qiyməti və bazar hekayəsi daha maraqlı və gizəmli olub.
Rəssam işlərini dünyanın müxtəlif ölkələrində çəkir, həmçinin Ukraynanın Kiyev, İrpin, Borodyanka və Qorenka şəhərlərində qraffiti işləri var. Noyabr 2025-də Lvovda tapılan iş onun üslubunu xatırladır.
Benksi əsasən stensil (şablon) və sprey boyalar ilə işləyir. Bu üsul ona sürətlə işləməyə və anonim qalmağa imkan verir. Benksinin əsərləri tez-tez ictimai və siyasi məsələlərə diqqət çəkir və bunu humor və ironiyadan istifadə edərək edir. Bu, onu sadəcə sənətçi yox, həm də fəal sosial tənqidçi kimi göstərir. Onun işləri müharibə zonalarında və ya sosial gərginlik olan yerlərdə görünəndə, həm sənət həm də xəbər vasitəsi rolunu oynayır.
Aydın
Şərhlər