Xəbər lenti

VI İslam Həmrəyliyi Oyunları: İdmançılarımız altı idman növü üzrə yarışa başlayırlar
İdman 10:19 08.11.2025

VI İslam Həmrəyliyi Oyunları: İdmançılarımız altı idman növü üzrə yarışa başlayırlar

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında idmançılarımız bu gün altı idman növü üzrə yarışlara çıxacaqlar.

Qaynarinfo xəbər verir ki, ağırlıqqaldırma yarışında Nuray Əbilova (48 kiloqram), Selcan Qarayeva (53 kiloqram), Amin Osmanov (60 kiloqram) və Fuad Həsənov (65 kiloqram) çıxış edəcəklər.

Cüdoçuların mübarizəsində Könül Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Ruslan Paşayev (66 kiloqram) və Hidayət Heydərov (73 kiloqram) medal qazanmağa çalışacaqlar.

Üzgüçülük yarışlarında Vlastilina Xasyanova, Oqtay Hüseynov, Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə, Anastasiya Boborikina, Səid Həmidov, Məryəm Cavadova, Əbdürrəhman Rüstəmov, Fatimə Alkərəmova və Yeqor Maynitski bacarıqlarını nümayiş etdirəcəklər. Yığma, həmçinin 4x100 metr məsafəyə sərbəst üsulla üzmədə qarışıq komanda yarışında mübarizə aparacaq.

Azərbaycan boksçularından Məhəmmədəli Qasımzadə (60 kiloqram), Sərxan Əliyev (70 kiloqram) və Səidcəmşid Cəfərov (80 kiloqram) 1/4 görüşünə çıxacaqlar.

Futzal üzrə Azərbaycan millisi qrup mərhələsində növbəti oyunu ev sahibi Səudiyyə Ərəbistanı yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Azərbaycanın stolüstü tennis yığması da Səudiyyə Ərəbistanı kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır. Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->