Xəbər lenti

Dünya 17:02 23.03.2024

Vladimi Putin: "Terrorun əsl təşkilatçıları və sifarişçiləri layiqli cəzalarını alacaq"

Rusiya orezidenti Vladimir Putin "Krocus Siti Hall"da baş verən terror aktını qanlı və barbar terror hücumu adlandırıb.

Qaynarinfo xəbər verir ki, Putin xalqa müraciətində onlarla günahsız insanın həlak olduğunu bildirib.

"Onlarla dinc, günahsız insan terror aktının qurbanı oldu" deyən Rusiya prezidenti həmçinin insanların həyatını xilas etmək üçün hər şeyi edən təcili yardım briqadalarına, yanğınsöndürənlərə və xilasedicilərə minnətdarlığını bildirib.

Prezident terror aktı zamanı yaxınları həlak olan hər kəsə dərin hüznlə başsağlığı verib: "Terror aktını törədən 4 nəfərin hamısı saxlanılıb. Onlar Ukraynaya qaçmağa cəhd ediblər. İlkin məlumata görə, onların sərhədi keçməsi üçün Ukraynadan "pəncərə" açılıb".

Ölkə liderinin sözlərinə görə, əsas məsələlərdən biri yeni cinayətlərin qarşısını almaqdır.

Putin terrorun əsl təşkilatçıları və sifarişçilərinin layiqli cəzalarını alacaqlarını söyləyib: "Terror aktında əli olan hər kəs müəyyənləşəcək və cəzalanacaq. Rusiya kəşfiyyat xidmətləri terrorçuların ortaqlarının müəyyən edilməsi üzərində işləyir. İstintaq terror aktının bütün təfərrüatlarını müəyyən etmək üçün hər şeyi edəcək".

Onun sözlərinə görə, indi rusların vəzifəsi həmrəy olmaqdır: "Kimsə Rusiya vətəndaşlarının birliyini sarsıda bilməz. Rusiya ən çətin sınaqlar zamanı həmişə daha da güclənib, indi də belə olacaq. Kimsə Rusiyada nifaq toxumu səpə bilməz".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->