Xəbər lenti

Dünya 20:06 17.09.2023

Vuçiç: "Aİ bu ölkəyə Balkanların heç vaxt görmədiyi dəstəyi göstərir"

Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, Kiyevin təşkilata qəbulu prosesinə sürətlə başlayan Avropa İttifaqı (Aİ) bu ölkəyə Balkanların heç vaxt görmədiyi dəstəyi göstərir. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Financial Times"a müsahibəsində danışıb.

"Mənim ukraynalılara qarşı heç bi mənfi niyyətim yoxdur. Bununla belə, Aİ-nin Ukraynaya göstərdiyi dəstək, ərizəni təqdim etdikdən bir il sonra ona namizəd statusu verməsi və ola bilsin ki, gələn il üzvlüklə bağlı danışıqlara başlaması bizdə olmayan dəstək səviyyəsini nümayiş etdirir”, deyə Vuçiç bildirib.

O, Aİ-nin yeni dövlətləri qəbul etmək imkanlarının pisləşdiyini vurğulayıb. Vuçiçin sözlərinə görə, Aİ donor dövlətlərə və onlardan pul alan ölkələrə bölünüb: "Heç kim ödəniş siyahısında daha çox ölkə görmək istəmir".

Serbiya prezidenti onu da qeyd edib ki, Belqradın Avropa İttifaqına daxil olmasının ləngiməsi ölkədəki real vəziyyətə uyğun gəlmir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->