Xəbər lenti

WSJ: Harris seçilsə, Blinken, Ostin və Sallivan postlarını tərk edə bilər
Dünya 23:01 23.07.2024

WSJ: Harris seçilsə, Blinken, Ostin və Sallivan postlarını tərk edə bilər

Kamala Harris ABŞ prezident seçkilərində qalib gəlsə, dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan öz postlarını tərk edəcəklər.


Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” keçmiş və indiki məmurlara istinadən yazır 


Nəşrə görə, hər üçü prezident Co Baydenin şəxsi istəyi ilə vəzifələrinə təyinat alıblar. Qeyd edilir ki, Harrisin seçilməsi Demokratlar Partiyasının milli təhlükəsizlik komandasında sarsıntıya səbəb ola bilər.


"The Wall Street Journal" yazır ki, Harrisin komandasında əsas rolu onun milli təhlükəsizlik üzrə müşaviri Filip Qordon oynayacaq. Barak Obama administrasiyası dövründə Qordon Dövlət Departamentinin Avropa üzrə və daha sonra Ağ Evin Yaxın Şərq üzrə yüksək vəzifəli məmuru olub.


Qeyd edək ki, Entoni Blinken 2021-ci ilin yanvarında Baydenin prezidentliyinin başlanğıcında ABŞ dövlət katibi təyin edilib və Obama administrasiyası dövründə vitse-prezident vəzifəsində çalışan Baydenin müşaviri olub.


Lloyd Ostin və Ceyk Sallivan da Baydenin dövründə vəzifə alıblar. Sallivan Obama administrasiyasında dövlət katibi Hillari Klintonun aparat rəhbərinin müavini və 2013-2014-cü illərdə vitse-prezident Baydenin müşaviri vəzifələrində çalışıb.


İyulun 21-də ABŞ-ın hazırkı prezidenti Co Bayden prezidentlik yarışından imtina etdiyini açıqlayıb. Demokrat namizəd kimi o, vitse-prezident Kamala Harrisi dəstəkləyib. Baysen Trampa qalib gəlmək üçün "əlindən gələn hər şeyi edəcəyini” söyləyib və Demokratların prezidentliyə namizədliyinə səs vermək üçün kifayət qədər nümayəndənin dəstəyini təmin edib.


Demokratların prezidentliyə namizədi avqustun 7-dək seçiləcək.


Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->