Xəbər lenti

Xadimə işlədiyi evdən oğurluq etdi, həbs olundu
Ölkə 17:03 03.10.2025

Xadimə işlədiyi evdən oğurluq etdi, həbs olundu

32 yaşlı qadın Səbail rayonu, Badamdar qəsəbəsində xadimə işlədiyi evdə oğurluq etdiyi üçün həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1993-cü ildə Bakı şəhərində doğulmuş S.Svetlananın Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb. 

Məlum olub ki, təqsirləndirilən şəxs xadimə kimi işlədiyi mənzilin dəhlizindəki ayaqqabı dolabındakı karton qutudan hissə-hissə olmaqla ümumilikdə 2800 manat pulu, həmçinin dəyəri 300 manat olan sırğanı oğurlayıb.

Məhkəmənin hökmü ilə Svetlana Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->