Xəbər lenti

Xanım sahibkara
Ekonomiks 17:03 23.01.2026

Xanım sahibkara "stop" qoyuldu

Bakıda fəaliyyət göstərən "El-Ay Tekstil" şirkətinin xanım rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, "El-Ay Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 56818,52 manat borcu var. 

İdarə tərəfindən şirkətin qanuni təmsilçisi Çobanova Arzu İlyas qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilib. 

Məhəkəmənin qərarı ilə Arzu Çobanovanın ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb. 

Aydın
--> -->