Xəbər lenti

Erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı - Yaralı var
Ölkə 17:01 14.09.2025

Erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı - Yaralı var

Bu gün Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyindən xəbər verilib.

Qeyd edilib ki, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərmişdir.

Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.

Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->