Xəbər lenti

Xavi
İdman 13:28 05.04.2024

Xavi "Barselona"da qalmaq üçün şərtini açıqlayıb

"Barselona"nın baş məşqçisi Xavi Hernandes klubun bu yay ciddi şəkildə güclənməsini istəyir. Bu baş verərsə, o, qalmağa hazırdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "El Mundo Deportivo" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Xavi mövsümün sonunda "Barselona"dan ayrılmaq fikrini hələ ki, dəyişməyib. Bununla belə, o, "bu gün üçün" ifadəsini işlədir və Kataloniya klubunun rəhbərliyinə qalacağına ümid verir. 

Xavinin bir neçə səbəbdən fikrini dəyişə biləcəyi bildirilir. Birincisi, onun gedişi klubun Çempionlar Liqası və İspaniya çempionatındakı uğurlu çıxışına mane ola bilər. İkincisi, transfer məsələsidir. Xavi qalsa, yayda komandanı gücləndirmək niyyətindədir. Bunun üçün ona rəhbərlikdən transfer üçün pul tapacaqlarına dair söz lazımdır. Xavinin transfer siyahısında "Bavariya"dan Coşua Kimmix və "Mançester Siti"dən Bernardo Silva yer alır.

Qeyd edək ki, La Liqanın 30 turundan sonra "Barselona" lider "Real Madrid"dən 8 xal geri qalır. Komanda aprelin 10-da Çempionlar Liqasının 1/4 finalında PSJ ilə qarşılaşacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->