"Ermənistanda havada gərginlik və yeganə sual var: bütün bunların sonu necə olacaq? Əslində, son yaxındır - sadəcə olaraq, ya Paşinyanın sonu, ya da Ermənistan Respublikasının sonu yaxındır".
Qaynarinfo xəbər verir ki, bunu Ermənistan parlamentində müxalif fraksiyasının rəhbəri Hayk Mamicanyan fevralın 27-də Ermənistan Milli Assambleyasının tribunasından çıxışında bildirib.
Mamicanyan qeyd edib ki, Ermənistanda Konstitusiyanın dəyişdirilməsi gündəliyi ilə bağlı çoxlu müzakirələr gedir, onun təvazökar fikrincə, Paşinyan bunu başa çatdırmayacaq.
"Lakin ətrafda yayılan söz-söhbətlərə, məndə olan məlumata görə, bu proses davam edərsə, Paşinyan qeyri-blok məntiqini Konstitusiyada təsbit etməyi, yəni Ermənistanın istənilən hərbi-siyasi bloka daxil olmasını konstitusiya ilə qadağan etməyi planlaşdırır. Bu doğrudur ya yox?", deyə müxalifətçi deputat sual edib.
Nizami Bağırov
Şərhlər