Xəbər lenti

Yanğında həlak olan Könül Vəlibəylinin qızının son vəziyyəti açıqlandı
Ölkə 09:01 24.11.2025

Yanğında həlak olan Könül Vəlibəylinin qızının son vəziyyəti açıqlandı

Bakı Milli Geyim Evinin rəhbəri, yanğın zamanı həyatını itirən Könül Vəlibəylinin kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən qızının vəziyyəti ağır olaraq qalır.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Fuad Cəfərov sosial media hesabında paylaşım edib.

"Dəyərlimiz Könül Vəlibəylinin övladı Ləman Qulamovanın vəziyyəti çox ağırdır və hazırda Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Dualarınızı əsirgəməyin", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->