Xəbər lenti

Yanğında xəsarət alanların vəziyyəti necədir?
Ölkə 15:02 23.11.2025

Yanğında xəsarət alanların vəziyyəti necədir?

Noyabrın 21-də Yasamal rayonunda yerləşən yaşayış binasında baş verən yanğın səbəbi ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu haqda Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Bildirilib ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

"5 nəfərin isə müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib” deyə, məlumatda qeyd edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->