Xəbər lenti

Siyasət 13:26 17.12.2023

YAP İlham Əliyevin sənədlərini MSK-ya təqdim etdi

Yeni Azərbaycan Partiyası İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, YAP İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->