Xəbər lenti

Yaşar Qafanlı ilə Ataş Novxanılı arasında gərginlik:
Maqazin 16:12 09.01.2026

Yaşar Qafanlı ilə Ataş Novxanılı arasında gərginlik: "Onu görən kimi..."

Meyxanaçı Yaşar Qafanlı həmkarı Ataş Novxanılı ilə arasında baş verən gərginliyə aydınlıq gətirib.

Yaşar Qafanlı Qaynarinfo-ya açıqlamasında Ataş Novxanılının verilişə dəvət olunduğundan xəbərsiz olduğunu bildirib:

"Neyləyək? Kim nə istəyir, yazsın. Mən onun verilişdə olacağını bilmirdim. Onu görən kimi orada sona qədər otura bilmədim, səbrim çatmadı. Ona görə də çıxıb getdim. Kim deyirsə ki, Ataş meyxana deyə bilmir, düz deyir, elədir”.

Ataş Novxanılının sənəti ilə bağlı suala Yaşar Qafanlının cavabı kinayəli olub:

"Mən Əliağa Vahiddən sonra Ataşı görürəm. O, ikinci Əliağa Vahiddir”.

Qeyd edək ki, qonaq olduqları verilişlərin birində meyxanaçılar Yaşar Qafanlı ilə Ataş Novxanılı arasında gərginlik yaranıb. Nəticədə Yaşar Qafanlı "Gedib tayını tapsın” deyərək efiri tərk edib.

Bahar Rüstəmli
--> -->