Xəbər lenti

Orxan Lökbatanlının vəziyyəti necədir? - Həkimindən açıqlama
Maqazin 11:26 25.02.2026

Orxan Lökbatanlının vəziyyəti necədir? - Həkimindən açıqlama

Meyxanaçı Orxan Lökbatanlının səhhətində irəlləyiş var.

Bu barədə Qaynarinfo-ya meyxanaçının həkimi Fəxriyyə Namazova məlumat verib. 

Həkim onun səsinin yavaş-yavaş düzəldiyini bildirib:

"Hər gün müayinəyə gəlir, heç bir problem yoxdur. Hər şey yaxşılığa doğru gedir".

Qeyd edək ki, bir müddət bundan öncə meyxanaçı Orxan Lökbatanlının səhhətində problem yaranıb. Həkimlər onun boğazında şiş olduğunu açıqlamışdı.

Bahar Rüstəmli
--> -->