Xəbər lenti

Ölkə 11:25 27.12.2023

Yeni nazir şöbə müdirini işdən çıxardı

Müdafiə Sənayesi Nazirliyinin kadrlar şöbəsinin müdiri Elgün Bəxtiyarov vəzifəsindən azad edilib.

"Report"un xəbərinə görə, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev əmr imzalayıb.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Məlumatı "Report"a Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->