Xəbər lenti

Dünya 17:00 08.04.2024

Yunanıstan Ukraynaya 32 ədəd F-16 verə bilər - "News Break"

Yunanıstan hökuməti Ukraynaya 32 ədəd F-16 qırıcısı verə bilər.

Bu barədə Qaynarinfo "News Break”ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Yunanıstan hökuməti istismardan çıxarılmalı olan 108 qırıcı (32 ədəd F-16C/-D Blok 30, 24 ədəd Mirage 2000-5 Mk. 2 və 33 ədəd F-4E PI2000) satmağı planlaşdırır.

"Həqiqətən də, 2022-ci ilin iyul ayında dəyəri 117 milyon avro dəyərində qiymətləndirilən döyüş təyyarələrinin və müvafiq və periferik avadanlıqların (ehtiyat hissələri, simulyatorlar, alətlər və materiallar) satışı ilə bağlı parlamentin müvafiq komitəsindən müsbət rəy istənilib. Satış hələ baş tutmayıb və açıq havada qalan qırıcıların vəziyyəti daim pisləşir”, - materialda deyilir.

Qeyd edilir ki, 108 qırıcının qiyməti təxminən 2-2,5 milyard avro ola bilər.

"Tamamilə fərqli məsələ 32 ədəd F-16C/-D Blok 30-dur ki, onun Ukraynaya təhvil verilməsi praktiki olaraq şübhə doğurmur. Xatırladaq ki, bu tip qırıcılar xidmət müddətində iki konstruksiya təkmilləşdirməsindən keçiblər və hazırda orta hesabla maksimum xidmət müddətinin təxminən 60%-ni istifadə ediblər” , - materialda deyilir.

Jurnalistlərin fikrincə, 24 ədəd Mirage 2000-5 Mk.2-nin hara gedə biləcəyini eyni inamla təxmin etmək mümkün deyil, onlardan 14-ü yeni modellərdir, qalanları isə köhnə Mirage 2000EGM/-BGM-nin modernləşdirilməsidir.

"Məntiqi variantlar Ukraynaya vermək və ya Hindistana satmaqdır, təbii ki, Fransanın razılığı ilə”, - materialda deyilir.

Xatırladaq ki, keçən il Danimarka və Niderland Ukraynaya onlarla F-16 döyüş təyyarəsi verəcəklərini vəd ediblər. Amma qırıcıların Ukraynaya tədarükü üçün ilk növbədə pilotların və texniki personalın hazırlanması, habelə Ukrayna ərazisində lazımi infrastrukturun hazırlanması lazımdır.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?