Xəbər lenti

Zaur Əliyev direktor müavinini işdən çıxardı - Yeni təyinat
Ölkə 10:10 12.12.2025

Zaur Əliyev direktor müavinini işdən çıxardı - Yeni təyinat

Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin direktor müavini Mehman Qasımov vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin müvafiq əmri ilə Mərkəzin maliyyə məsələləri üzrə direktor müvini Mehman Qasımov son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunaraq təqaüdə göndərilib. 

Zaur Əliyevin digər əmri ilə Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin maliyyə məsələləri üzrə direktor müavini vəzifəsinə Fərman Məmmədov təyin olunub. 

Qeyd edək ki, Fərman Məmmədov bundan əvvəl "Azərişıq" ASC-də çalışıb.

Əhməd
 
Mehman Qasımov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->