Xəbər lenti

Zelenski bu həftə ABŞ-ı ziyarət edə bilər -
Dünya 13:20 24.11.2025

Zelenski bu həftə ABŞ-ı ziyarət edə bilər - "Reuters"

Ukrayna prezidenti Volodimir Zelenski artıq bu həftə ABŞ-ı ziyarət edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə 24 noyabrda "Reuters” məsələ ilə tanış mənbələrə istinadən yazıb.

Agentliyin məlumatına görə, səfər zamanı o, ABŞ prezidenti Donald Trampla yenilənmiş çərçivə "sülh planının” ən həssas məqamlarını müzakirə edəcək. Bu sənəd üzərində Ukrayna və ABŞ nümayəndələri yaxın günlərdə Cenevrədə işləyiblər. Tərəflər danışıqları "son dərəcə məhsuldar” və "konstruktiv” adlandırıblar. Yenilənmiş sənədin detalları rəsmi olaraq açıqlanmayıb, mümkün variantları isə KİV-də dərc olunub.

Ukraynada bildiriblər ki, Trampın dedlaynı ərəfəsində "intensiv işi” davam etdirəcəklər. Daha əvvəl ABŞ prezidenti 27 noyabrı (ABŞ-da Şükran Günü) sülh təklifinin razılaşdırılması üçün son tarix elan etmişdi. Lakin sonradan o qeyd etdi ki, bu müddətlər dəyişdirilə bilər.

Eyni zamanda, Tramp razılıq əldə etmək üçün Ukraynaya təzyiq göstərməyə davam edir, deyə məqalədə bildirilir. 23 noyabrda o bəyan edib ki, Ukrayna ABŞ-ın müharibədəki səylərinə "sıfır təşəkkür” göstərib — bu isə həmin axşam ukraynalı rəsmilərin ABŞ-ın dəstəyinə görə bir neçə dəfə açıq şəkildə təşəkkür etməsinə səbəb oldu, – bunu "Reuters” qeyd edir.

23 noyabrda Cenevrədə "sülh planı” üzrə danışıqlar keçirilib. Görüşlərdə Ukrayna və ABŞ nümayəndə heyətləri iştirak edib, həmçinin danışıqlarda Böyük Britaniya, Almaniya və Fransanın nümayəndələrinin də olması nəzərdə tutulurdu. "Politico” yazıb ki, çox güman, avropalılar danışıqlarda Tramp komandasına təzyiq göstərəcəklər.

Ukraynadakı müharibənin tənzimlənməsinə dair Rusiya-Amerika "sülh planı”na qarşı olaraq, Avropa İttifaqı ölkələrinin liderləri alternativ təklif hazırlayıblar. Guya bu sənəd 23 noyabrda "The Telegraph” tərəfindən dərc edilib. Daha sonra "Reuters” Avropa təklifinin öz versiyasını yayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->