Xəbər lenti

Dünya 13:35 13.05.2023

Zelenski İtaliyaya səfərə getdi

Ukrayna prezidenti Volodimir Zelenski İtaliyaya səfərə gedib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında məlumat verib

Onun sözlərinə görə, Baş nazir Corc Meloni, Roma Papası Fransisk və İtaliya prezidenti Sercio Mattarella ilə görüşlər planlaşdırılır.

ANSA agentliyinin məlumatına görə, Ukrayna prezidentinin olduğu təyyarə saat 10:13-də (Bakı vaxtı ilə 12:13) Romanın Çiampino hava limanına enib. Onu İtaliyanın Baş nazirin müavini, xarici işlər naziri Antonio Tayani qarşılayıb. 

"İtaliya Ukrayna prezidenti Volodimir Zelenskini alqışlayır. Biz azadlıq və demokratiyanın müdafiəsində Ukrayna xalqına sadiqliyimizi bir daha təsdiqləyirik", - İtaliyanın xarici işlər naziri Antonio Tayani "Twitter"də yazıb.

"Ranews24"ün məlumatına görə, Zelenski və Meloni saat 13:00-a (Bakı vaxtı ilə 15:00) baş nazirin Palatsio Çiqi iqamətgahına gəlməlidirlər. Danışıqlardan sonra onlar mətbuata bəyanatlarla çıxış edəcəklər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->