Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasıl Malyuk prezident Volodimir Zelenskiyə qarşı bir neçə dəfə sui-qəsd cəhdi olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, bu sui-qəsdlərin qarşısı vaxtında alınıb, o cümlədən biri Polşada - Jeşuv aeroportunda planlaşdırılıbmış.
Malyuk bu barədə jurnalistlərlə görüşdə məlumat verib. Bildirib ki, ötən il Dövlət Mühafizə İdarəsinin (DMİ) polkovniki, həmin qurumun rəhbəri olan şəxs saxlanılıb. Halbuki həmin şəxslərin vəzifə borcu dövlət rəhbərlərini qorumaqdır. Lakin məlum olub ki, məhz onlar Zelenskiyə qarşı sui-qəsd hazırlayıblar.
Malyuk qeyd edib ki, planlara əsasən, hücum Prezident Ofisinin ərazisində həyata keçirilməli idi. Bu işdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) 5-ci xidməti ilə əməkdaşlıq edən daha bir DMİ polkovniki də iştirak edib. Həmin xidmətin rəhbəri general-leytenant Byeseda idi. Bu uğursuz əməliyyatdan sonra Byeseda vəzifəsindən uzaqlaşdırılıb və müşavir kimi saxlanılıb.
SBU rəhbəri əlavə edib ki, bu casus şəbəkəsinin ifşası üçün demək olar ki, müharibənin ilk günlərindən bəri - iki ilə yaxın müddət ərzində ciddi agentura və texniki əməliyyatlar aparılıb. Həmin qrup yalnız Zelenskiyə deyil, həm də Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Kirilo Budanov və Vasıl Malükün özünə qarşı sui-qəsd hazırlayırmış.
Zelenskiyə qarşı Polşada hazırlanmış sui-qəsd planı barədə danışan Malyuk deyib ki, əməliyyat Polşanın daxili təhlükəsizlik xidməti - AİB (ABW) ilə əməkdaşlıq sayəsində ifşa edilib. Sui-qəsdin icrasını Polşa vətəndaşı, sovet ideologiyasına sadiq qalmış hərbi təqaüdçü planlaşdırırmış. O, illərlə "konserv" kimi saxlanılmış və Rusiya tərəfindən aktivləşdirilmişdi.
Onun tapşırığı Ukrayna prezidentinin Jeşuv aeroportunda fiziki olaraq aradan götürülməsi imiş. Planlaşdırılan vasitələr arasında FPV tipli pilotsuz uçuş aparatı və snayper kompleksi də olub. Lakin sui-qəsd cəhdi həyata keçirilməmişdən əvvəl ifşa olunub və şübhəli şəxs polşalı tərəfdaşlarla birgə saxlanılıb.
UNIAN agentliyinin
məlumatına görə, Polşada rus xüsusi xidmət orqanlarına Rzeşov-Yasionka aeroportunun mühafizə sistemi ilə bağlı məlumat ötürən şəxsə qarşı rəsmi ittiham irəli sürülüb. Bu məlumatlar Zelenskiyə qarşı sui-qəsdin təşkilinə kömək etməliymiş.
İstintaqa əsasən, Pavel K. adlı şəxs Rusiya hərbi kəşfiyyatı ilə əməkdaşlığa hazır olduğunu bildirib və Rusiya vətəndaşları ilə əlaqə saxlayıb. O, 2024-cü il aprelin 17-də saxlanılıb. Polşa prokurorluğunun təqdimatı əsasında Varşava Rayon Məhkəməsi ona qarşı həbs-qətimkan tədbiri seçib.
Ukrayna Baş Prokurorluğu tərəfindən təqdim olunmuş məlumat əsasında qaldırılan cinayət işi üzrə Pavel K. 8 ilədək azadlıqdan məhrum edilə bilər.
Aydın
Şərhlər