Ölkə 11:50 21.11.2023

Ziyafət Əsgərov:  "Biz müharibəni kişi kimi apardıq"

"ABŞ əvvəl sülh müqaviləsinin imzalanmaması üçün Fransanı qabağa verirdi". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

"ABŞ-da indi belə qərar ona görə qəbul olunur ki, Azərbaycanın müstəqilliyini, Azərbaycanın 44 günlük müharibədə qələbəsini qəbul edə bilmirlər. İndi gördü Fransa bacarmır, özü düşüb ortaya, Azərbaycan Prezidentinin müstəqil siyasət yürütməsini qəbul edə bilmirlər. Onlar qəbul edə bilmirlər ki, biz Türkiyəylə Şuşa Bəyannaməsi imzalamışıq", deyə deputat bildirib.

Komitə sədri bildirib ki, Ermənistan bizə milyardlarla ziyan vurub, insanlarımızı qırıb:

"Biz müharibəni kişi kimi apardıq, heç bir mülki vətəndaşın burnu qanamadı. Antiterror tədbirlərini çox legitim apardıq. Mülki vətəndaşlara və obyektlərə ziyan dəymədi".
 
Qafqaz Rafiqoğlu