Siyasət 14:00 21.05.2022

İlham Əliyev və Nikol Paşinyan hansı məsələni müzakirə edəcəklər? - Politoloq

"Sabah Brüsseldə baş tutacaq görüşü dəyərləndirmək üçün ondan əvvəlki görüşdə qəbul olunan bəyanata baxmalıyıq. Orada kifayət qədər nikbin qərarlar qəbul olunmuşdu, amma onların heç biri həyata keçirilmədi”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Fərhad Məmmədov Azərbaycan və Ermənistan liderlərinin mayın 22-də Brüsseldə keçiriləcək görüşdən danışarkən deyib. Politoloqun fikirincə, ilk öncə mayın 22-də keçiriləcək görüşdə məhz bunun səbəbləri araşdırılmalıdır:



"Çünki görünən odur ki, Ermənistan tərəfi aprelin əvvəlində Brüsseldə bir mövqe sərgiləmişdi, amma müəyyən müddətdən sonra öz mövqeyində dəyişikliklər etmişdi. Bu dəyişiliklər Azərbaycan tərəfindən qəbul edilmir. Müharibə başa çatandan sonra 5 sənəd var. Rusiyanın vasitəçili ilə 3 tərəfli və Avropa Birliyi vasitəçiliyi ilə iki bəyanat…Heç birində Minsk qrupu, heç birində "status” söhbəti və Qarabağ ermənilərinə təhlükəsizlik zəmanəti yoxdur”. 

Fərhad Məmmədov son bir ay ərzində Ermənistan bu məsələləri birtərəfli qaydada qaldırmağını vurğulayıb: 

"Düşünürəm ki, mayın 22-də Avropa Birliyinin rəhbərinin iştirakı ilə bu məsələrlər araşdırılmalıdır ki, hansı səbəbdən proses dayanıb, demək olar ki, danışıqlar dalana salınıb”. 

Qeyd edək ki, Ermənistan Baş nazirinin ofisinin yaydığı məlumata əsasən, mayın 22-də İlham Əliyev və Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel-in iştirakı ilə üçtərəfli görüş keçirilməsi nəzərdə tutulub. 

Bahar Rüstəmli