Xəbər lenti

Ölkə 17:55 29.01.2024

1000 manata baxıcılıq etdiyi evdən qızılları oğurladı - Hökm oxundu

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masssivində 4 mərtəbəli fərdi evdə həftədə 5 gün olmaqla aylıq 1000 manata baxıcı işləyən qadın oğurluq edib. 

Qaynarinfo-nun məlumatına görə, hadisəni törədən 1980-ci il tarixdə Şuşa şəhərində doğulmuş Tünzalə Kazımova (ad-soyad şərti) adlı qadın saxlanılıb. 

Təqsirləndirilən şəxs sözügedən ünvandakı Vüsalə Məxcidovaya məxsus villada anası Rübabə İsmayılovaya qulluq etmək məqsədi ilə işə götürülüb. Vüsalə Məxcidova sosial şəbəkədə tapdığı işə düzəltmə xidməti vasitəsilə Tünzalə Kazımovanı evinə dəvət edib. O, parkinson və demensiya xəstəliyindən əziyyət çəkən, xüsusi diqqət və qayğıya ehtiyacı olan anasına baxmaq üçün aylıq 1000 manat maaş və həftəlik 5 gün işləmək şərti ilə Tünzalə Kazımovanı işə götürüb. Qadın 5 ay sözügedən evdə işlədikdən sonra heç bir səbəb olmadan işə çıxmayıb. 

Vüsalə Məxcidova bundan şübhələnərək evinin yataq otağında qızıl əşyalarının qoyduğu rəfə baxıb. Nəticədə məlum olub ki, Tünzalə Kazımova bir ədəd 2280 manat dəyərində 750 əyarlı 19 qram çəkili üzüyü, bir ədəd 1200 manat dəyərində 585 əyarlı 12 qram çəkili qolbağı, bir ədəd 3000 manat dəyərində 750 əyarlı 25 qram çəkili sırğanı və bir ədəd 1000 manat dəyərində 585 əyarlı 10 qram çəkili sırğa cütünü oğurlayıb. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->