Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitro Lubinets Ukraynadan xaricə gedən vətəndaşların sayı ilə bağlı açıqlama verib.
Qaynarinfo-nun məlumatına görə, Dmitro Qordonla müsahibəsində bildirib ki, ümumilikdə 11 milyon Ukrayna vətəndaşı ölkəni tərk edib.
"Diqqət yetirin: 11 milyon Ukrayna vətəndaşı xaricə gedib. 11 milyon! Mən bu gün Xarici İşlər Nazirliyindən rəsmi cavab aldım – orada 8,5 milyon göstərilir. Amma biz anlayırıq ki, insanların bir hissəsi konsulluq qeydiyyatına düşmür, buna görə də Ukrayna hakimiyyət orqanları onları görmür”, deyə Lubinets qeyd edib.
"UNİAN"ın məlumatına görə, ukraynalıların xaricdən kütləvi şəkildə qayıdışı ən azı 2027-ci ilə qədər gözlənilmir. Prosesin çox güman ki, yavaş templərlə – ildə təxminən 100 min nəfər səviyyəsində baş verəcəyi Ukrayna Milli Bankının inflyasiya hesabatında bildirilir.
Qeyd olunur ki, ukraynalıların nə qədər tez qayıdacağına Ukraynadakı təhlükəsizlik vəziyyəti, iqtisadi bərpanın sürəti və Avropa ölkələrində yaşayan ukraynalıların həyat şəraiti ciddi təsir göstərəcək. Hətta genişmiqyaslı müharibənin aktiv mərhələsi başa çatsa belə, yüksək risklər qaçqınların Ukraynaya qayıdışını ləngidən əsas amil olaraq qalacaq.
Aydın
Şərhlər