Xəbər lenti

20 dəfə həccə getmək savabdır, yoxsa imkansızlara əl tutmaq?
Ölkə 22:17 23.10.2025

20 dəfə həccə getmək savabdır, yoxsa imkansızlara əl tutmaq?

2026-ci ildə Həcc Ziyarətinin qiyməti yenə artırılıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək istəyən dindarlar üçün sənədlərin qəbuluna başlayıb. Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları (10 370 manat) müəyyən edib.

Ötən il bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları (10 115 manat) təşkil edib.

Həcc Ziyarətinin qiymətlərinin qalxmasına baxmayaraq, müraciət edənlərin sayı ilbəil artır. 5-10, hətta 20 dəfədən yuxarı Həcc Ziyarətinə gedənlər var. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, Həcc Ziyarətinə 2-10 dəfə getməkdənsə həmin pula Azərbaycanda hər hansı bir şəxsin ehtiyacını - bir neçə imkansız tələbənin təhsil haqqını, ağır vəziyyətdə və dərmanlarını ala bilməyən xəstələrin dərmanlarını, əməliyyatını etdirmək və s. xərcləri qarşılamaq olar. 
İslam ələmində bunların hansı savab sayılır?

Milli Məclisin deputatı Ceyhun Məmmədov Qaynarinfo-ya açıqlamasında cəmiyyətdəki yanaşmanın düzgün olmadığını bildirib:

"Həcc Ziyarəti hər bir müsəlmanın üzərində vacibdir. İmkanı olan hər bir müsəlman ömründə bir dəfə ziyarətə getməlidir. Hesab edirəm ki, biz bu məsələni təhrif etməli deyilik və məsələyə dini nöqteyi-nəzərdən yanaşmalıyıq”.
 


Deputat hesab edir ki, islam nöqteyi nəzərindən imkanı olan hər bir müsəlmanın bir dəfə Həccə getməsi vacibdir:

"Sizin dediyiniz məsələ o vaxt düzgün olar ki, şəxs bir dəfə Həccə gedib, ibadətini yerinə yetirib. Onun ikinci dəfə Həccə getməsinə ehtiyac qalmır. Həmin pulu kimsəsizlərə, imkansızlara paylaya bilər”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->