Xəbər lenti

2026-cı ilin yaz manikürü: Bu tend sosial şəbəkələri fəth edir (FOTO)
Dünya 08:15 17.03.2026

2026-cı ilin yaz manikürü: Bu tend sosial şəbəkələri fəth edir (FOTO)

2026-cı ilin yazında manikür dünyasında yeni trend diqqət mərkəzinə çevrilib. "Lip gloss nails" adlanan bu dizayn dodaq parladıcısının effektini xatırladır: yarı şəffaf çəhrayı ton, ultra hamar örtük və parlaq, güclü qlanslı finish. Bu üslub dırnaqlara təravətli, baxımlı görünüş verir və işıq altında təbii şəkildə parlayır.

Qaynarinfo xəbər verir ki, "Real Simple" jurnalının yazdığına görə, trendin yenidən populyarlaşması müğənni Selena Qomesin oxşar manikür nümayiş etdirməsindən sonra başlayıb. Onun güzgü effekti verən zərif çəhrayı dırnaqları sosial şəbəkələrdə sürətlə diqqət çəkib və yaz mövsümünün manikür ideyalarından birinə çevrilib. Bu çalar klassik balet çəhrayısından daha parlaq, populyar süd rəngli manikürdən isə daha ifadəli hesab olunur.
 


"Lip gloss nails" trendi nədir?

"Lip gloss nails" yarı şəffaf çəhrayı rəng və maksimal parlaq finish ilə xarakterizə olunan manikürdür. Vizual olaraq bu dizayn dırnaqların üzərində nazik dodaq parladıcısı qatını xatırladır: səth hamar, işıltılı və bir qədər "nəm” görünür.

Bu trend eyni zamanda bir neçə məşhur effektin birləşməsidir:

* "soap nails” adlanan sabun effekti verən parlaq dırnaqlar;
* "jelly” manikürün yüngül şəffaflığı;
* yanaq ənliyinə bənzər təbii çəhrayı ton.

Bunun nəticəsində dırnaqlar təbii görünür, lakin eyni zamanda daha baxımlı və parlaq təsir bağışlayır.

Niyə bu manikür trendə çevrilib?

Bu manikürün populyarlaşmasının əsas səbəbi təbii, səliqəli və işıltılı örtüklərə olan marağın artmasıdır. Uzun müddət parlaq və mürəkkəb neyl-art dizaynlarının dəbdə olmasından sonra bir çox insan daha sakit və minimal tonlara qayıdır.

"Lip gloss nails" bu tendensiyaya tam uyğun gəlir. Yarı şəffaf çəhrayı rəng dırnaqları vizual olaraq daha sağlam və səliqəli göstərir, güclü qlanslı finish isə ümumi görünüşə təravət qatır. Üstəlik, belə manikür həm gündəlik, həm də axşam geyimləri ilə asanlıqla uyğunlaşır.

"Lip gloss nails" manikürü necə hazırlanır?

Bu trendi təkrarlamaq üçün bir neçə əsas detal vacib hesab olunur:

* dırnaq forması: yumşaq oval və ya badam forması;
* uzunluq: qısa və ya orta;
* rəng: yarı şəffaf çəhrayı və ya zərif ənlik tonları;
* finish: güzgü effekti verən maksimal parlaq üst qat.

Məşhur ustad Tom Baçik məhz bu üsulla Selena Qomes üçün manikür hazırlayıb. O, dırnaqlara yumşaq oval forma verib və öz yeni kolleksiyasından olan zərif çəhrayı tonu istifadə edib. Usta bu rəngi "ideal ənlik çaları” kimi təsvir edir.

Qeyd olunur ki, o, bir neçə il əvvəl müğənni Cennifer Lopes üçün də oxşar qlanslı nyud effekt yaratmışdı. Lakin bu üslub yalnız indi geniş kütlə arasında real trendə çevrilib.

"Lip gloss nails" hansı obrazlarla uyğunlaşır?

Bu manikür universal hesab olunur və müxtəlif üslublarla rahat şəkildə uyğunlaşır. Onu aşağıdakı elementlərlə tamamlamalı olar:

* parlaq çəhrayı pedikür;
* minimalist zinət əşyaları;
* pastel tonlarda yaz geyimləri.

Moda mütəxəssisləri "lip gloss nails" manikürünü artıq 2026-cı ilin ən trend dırnaq dizaynlarından biri adlandırırlar. Yarı şəffaf çəhrayı rəng və güzgü effekti verən parıltı dırnaqları daha sağlam və səliqəli göstərir. Bu səbəbdən də o, qarşıdan gələn yaz mövsümünün əsas gözəllik tendensiyalarından birinə çevrilib.

Aydın
--> -->