Xəbər lenti

21 yaşlı taksi sürücüsü maşını dəfələrlə aşırdı, öldü (VİDEO)
Video 10:47 27.11.2025

21 yaşlı taksi sürücüsü maşını dəfələrlə aşırdı, öldü (VİDEO)

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) ötən gün Məmmədli–Fatmayı yolunda baş verən ağır qəzanın görüntülərini yayıb.

Qaynarinfo xəbər verir ki, BDYPİ sözügedən qəzanın görüntülərini paylaşıb və sürücülərə müraciət ünvanlayıb.

"Sürücülər, xahiş edirik, sükan arxasında tələsməyin, risk etməyin, həyatınızı təhlükəyə atmayın. Sürət cəmi bir neçə saniyənin qənaəti, amma bir ömrün itkisi ola bilər. Yollarda məsuliyyətli olaq!", deyə müraciətdə bildirilib.

Qeyd edək ki, ötən gün Abşeron rayonunda, Məmmədli–Fatmayı yolunda baş verən qəzada "Chevrolet" markalı avtomobilin sürücüsü, 2004-cü il təvəllüdlü Elcan Ələsgərov dünyasını dəyişib. İlkin ehtimala görə, faciəyə sürücünün sürət həddini açması və əks zolağa çıxması səbəb olub.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->