Xəbər lenti

216 nəfər təxliyə edildi - 36-sı azyaşlıdır (FOTO)
Foto 10:55 29.03.2026

216 nəfər təxliyə edildi - 36-sı azyaşlıdır (FOTO)

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlar nəticəsində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə fasiləsiz olaraq davam etdirilib.

FHN-dən Qaynarinfo-ya verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

"Təxliyə edilənlərdən 36-sı azyaşlıdır", - məlumatda bildirilib.
--> -->