Azərbaycanın UFC-dəki nümayəndəsi Tofiq Musayev növbəti döyüşünə çıxıb.
Qaynarinfo-nun məlumatına görə, 36 yaşlı döyüşçü ABŞ-ın Sietl şəhərində keçirilən turnirdə çilili İqnasio Bahamondeslə üz-üzə gəlib.
Gərgin üç raunddan sonra qalib müəyyənləşməsə də, hakimlər yekdilliklə Tofiq Musayevin qələbəsini elan ediblər — 29:28, 29:27, 30:27.
Bu Musayevin UFC-də ilk qələbəsi olub.
Şərhlər