Xəbər lenti

28 ədəd kərə yağına görə 23 gün həbsdə yatacaq
Ölkə 19:15 04.05.2026

28 ədəd kərə yağına görə 23 gün həbsdə yatacaq

Bakıda mağazadən kərə yağı oğurlayıb satan şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Binəqədi rayonu, 9 mkr., Mir Cəlal 72 ünvanında yerləşən mağazada baş verib. 

Belə ki, 1990-cı il təvəllüdlü F.V.  mağazadan 28 ədəd kərə yağını oğurlayaraq satıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb. 

Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu deyib. Bildirib ki, oğurladığı 28 ədəd kərə yağını sataraq kirayə pulunu ödəyib. O, işsiz olduğu üçün oğurluq etməyə məcbur qaldığını vurğulayıb. 
 
Məhkəmənin hökmü ilə F.V. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 23 gün müddətə inzibati həbs edilib.

Aydın
--> -->