Xəbər lenti

"Sea Breeze"dəki "Maize" restoranından 15 min manatlıq oğurluq
Ölkə16:39 04.05.2026

"Sea Breeze"dəki "Maize" restoranından 15 min manatlıq oğurluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sea Breeze” İstirahər Mərkəzində fəaliyyət göstərən "Maize” restoranından oğurluq edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, restorandan 1 ədəd 12.500 manat dəyərində "Arite Futurmat" markalı kofe aparatı, 1 ədəd 550 manat dəyərində "Mazzer” markalı kofe üyüdən aparat, 1 ədəd 600 manat dəyərində "Hell” markalı soyuducu, 1 ədəd 350 manat dəyərində "Konchero” markalı elektrik samovarı, 1 ədəd 600 manat dəyərində "Santos" markalı sok çəkən aparat, 1 ədəd 150 manat dəyərində elektrikli çaydan və 1 ədəd 450 manat dəyərində taxta kəsən aparat oğurlanıb.
Ümumilikdə restorana 15 200 manat dəyərində ziyan vurulub. Hüquq-mühafizə orqanlarına müraciətdən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 
Ceyhun, Azər və Ürfan adlı həmin şəxslərə Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə baxılıb. 
Hər üç müttəhim verilmiş ittihamlar üzrə özlərini təqsirli bilib. Məhkəmənin hökmü ilə Ceyhun 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azər və Ürfan isə 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 
Ceyhunun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 
Azərlə Ürfana gəlincə, onların üzərində bundan əvvəl də cəza olduğu üçün hazırkı cəza ilə qismən toplanılıb. Bununla da Azərin üzərində qəti olaraq 2 il 5 ay 20 gün müddətinə, Ürfanın üzərində isə 3 il 4 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. 
Seyid