Bu ilin doqquz ayı ərzində dərmandan zəhərlənmə səbəbilə KTM Toksikologiya şöbəsinə 379 nəfər qəbul edilib.
Kliniki Tibbi Mərkəzin məlumatına görə, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib. Həkimlərin səylərinə baxmayaraq, 8 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Toksikologiyadan verilən məlumata görə, zəhərlənmə hallarına səbəb həkim məsləhəti olmadan qəbul edilən dərman vasitələridir.
Tibbi ekspert, farmokoloq Müşfuq Hüseynov Qaynarinfo-ya açıqlamasında dərman maddələrindən zəhərlənmə hallarının olduğunu təsdiqləyib:
"Hansı dərman maddələrindən zəhərlənmə halının olması ehtimalını demək mümkün deyil. Bəzən istifadə müddəti bitmiş dərmanlar da buna səbəb ola bilər. Məsələn, bu yaxınlarda bir hadisə olmuşdu, uşaq gedib-gəlib eyni dərmanı içib və nəticədə zəhərlənmə baş verib. Həmin uşağı həyata qaytardılar. Amma dərman içib və zəhərlənib deyə bir şey yoxdur”.
Bəs, onda zəhərlənmə halı necə baş verib?
Müşfiq Hüseynov bunun arxasında intihar hallarının olduğunu vurğulayıb:
"Sosial problemlərlə əlaqədar sıxıntıya girən insanlar çıxış yolunu intiharda görür, dərman içir, sonra həmin xəstələri toksikologiyaya gətirirlər. Toksikologiyada həyatını itirənlərin əksəriyyəti intihardan itirib. Hər hansı bir aptekdə satılan dərmanın bir tabletkasını atıb, zəhərlənib deyə bir şey yoxdur. Uzaq başı özünü bir az piss hiss edər, ishal, bağağrısı halları ola bilər”.
Bahar Rüstəmli
Şərhlər