Xətai rayonu Sabir Orucov küçəsində park edilmiş "BMW X5” markalı avtmobildən oğurluq olub.
Qaynarinfo xəbər verir ki, avtomobildən 9900 ABŞ dolları (16 830 manat) oğurlanıb.
Avtomobilin sahibi hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Əvvəllər də oğurluğa görə məhkum edilmiş Murad Sadıqova (şərti) Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan edilib və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işinə Xətai Rayon Məhkəməsində Fuad Axundovun sədrliyi ilə baxılıb. Murad Sadıqov məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini maddi imkansızlıqla izah edib.
Məhkəmənin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Həmçinin onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Qaradağ Rayon Məhkəməsinin qərarı ləğv edilib və çəkilməmiş 1 il 5 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki cəza ilə qismən toplanılaraq, ona qəti olaraq 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Seyid
Şərhlər