Xəbər lenti

65 yaşını qeyd edən Əməkdar artist:
Maqazin 17:00 14.07.2026

65 yaşını qeyd edən Əməkdar artist: "Nazirlikdən təbrik gözləyirdim"

Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olunub.

Aktrisa Qaynarinfo-ya açıqlamasında bildirib ki, yubileyi münasibətilə teatr kollektivi tərəfindən təbrik edilsə də, Mədəniyyət Nazirliyindən hər hansı təbrik almayıb:

"İyulun 11-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası nümayiş olundu. Tamaşadan sonra teatrın kollektivi məni təbrik etdi. Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi tərəfindən "Fəxri fərman"a, Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən isə "Teatr fədaisi" medalına layiq görüldüm. Bundan əlavə, mənə pul mükafatı da təqdim olundu. Amma Mədəniyyət Nazirliyi məni təbrik etmədi. Səbəbini bilmirəm, bəlkə nazir Şuşadadır. Hər halda, qurumdan heç bir təbrik gəlmədi".

Nahidə Orucova yubileyini ailə üzvləri ilə birlikdə qeyd edəcəyini də söyləyib:

"Arzularım çoxdur. Amma ən böyük arzum sağlam olmaq, mənə diqqət göstərilməsi və tamaşaçıların alqışını qazanmaqdır. Aktrisa üçün bundan gözəl hədiyyə ola bilməz. Hamınızı çox sevirəm".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->