XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Alimlər yeni həşərat cinsinə Teylor Sviftin adını verdi
Maqazin15:01 10.09.2026

Alimlər yeni həşərat cinsinə Teylor Sviftin adını verdi

ABŞ-ın Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri yeni həşərat cinsini amerikalı müğənni Teylor Sviftin şərəfinə adlandırıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə “People” məlumat yayıb.

Taxtabitilər cinsinə Swiftiephylus adı verilib. Cinsə dörd növ daxildir. Onların latınca adları amerikalı müğənninin albomlarına istinad edir: Swiftiephylus taylorae, Swiftiephylus amator, Swiftiephylus intrepidus və Swiftiephylus poetorum.

Bu adlar Teylor Sviftin 2019-cu ildə çıxan “Lover”, 2008-ci ildə yayımlanan “Fearless” və 2024-cü ildə təqdim olunan “The Tortured Poets Department” albomları ilə əlaqələndirilir.

Yeni taxtabiti cinsi 593 nümunə əsasında təsvir edilib. Həşəratlar 1995-2004-cü illər arasında Avstraliyaya təşkil olunan ekspedisiyalar zamanı toplanıb. Swiftiephylus Miridae fəsiləsinə aid edilib.

Tədqiqatın həmmüəllifi Sara Şredder bildirib:

“Sviftin çoxdankı pərəstişkarı kimi Teyloru bu şəkildə şərəfləndirmək və eyni zamanda hələ kəşf edilməli olan həşərat müxtəlifliyinə diqqət çəkmək mənim üçün vacib idi”.

Şredder həşəratlara Sviftin adını vermək qərarını onların açıq rəngli görünüşü ilə müğənninin xarakterik obrazı arasında oxşarlıq görməsi ilə izah edib.

Aydın