XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

AAYDA-da yeni rəis müavinləri təyin edildi (FOTO)
Ekonomiks18:05 08.10.2026

AAYDA-da yeni rəis müavinləri təyin edildi (FOTO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni kadr təyinatları olub.

Qaynarinfo İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Belə ki, Elçin Abışov və Rövşən Məmmədov AAYDA-da Nəqliyyat infrastrukturu tikintisi şöbəsinin rəisinə müavin təyin ediliblər.

Bundan əlavə, Səxavət Heydərli isə Baş mühasib vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bundan əvvəl E.Abışov “ELTA Development” QSC-də, R.Məmmədov Səudiyyə Ərəbistanının enerji nəhəngi “Aramco” şirkətində, Səxavət Heydərli SOCAR-da çalışıb.