Xəbər lenti

ABŞ-ın
Dünya 18:55 01.12.2025

ABŞ-ın "Qiyamət təyyarəsi"ndən suallar yaradan uçuş

ABŞ donanmasının nüvə müharibəsi vəziyyətində komanda və idarəetmə mərkəzi kimi fəaliyyət göstərən xüsusi təyyarəsi, ictimai uçuş izləmə sistemlərindən itib. 

Qaynarinfo xəbər verir ki, "Qiyamət təyyarəsi" (Doomsday plane) kimi tanınan "bBoeing e-6b Mercury" ən son cümə günü yerli vaxtla saat 08:30 radələrində Virciniya Biçin şərqində, Atlantik okeanı üzərində uçarkən siqnal verib.

"Mercury” ABŞ strateji komandanlığı, müdafiə naziri və prezident üçün komanda mərkəzi funksiyasını daşımaq üçün xüsusi hazırlanmış, cəmi 16 ədəd mövcud olan təyyarələrdən biridir. Təyyarənin ən mühüm xüsusiyyətlərindən biri isə tələb olunduqda nüvə hücumu əmrlərini ötürmə qabiliyyətidir.

Uçuş məlumatlarına görə, təyyarə Merilend ştatındakı Patuxent çayı dəniz hava bazasından havaya qalxaraq adi marşrut üzrə açıq dənizə yönəlib. Virciniya burnundan təxminən 100 kilometr şərqdə isə gizli və həssas əməliyyatlar zamanı tətbiq edilən standart prosedura uyğun şəkildə ictimai rabitə cihazlarını söndürüb.

Okean üzərində uçuşa başladıqdan sonra "Mercury” adətən gizli xəbərdarlıq zonalarına daxil olur. Burada uzun məsafəli quyruq telli antenasını aşağı salır və sualtı qayıqlara, eləcə də yer stansiyalarına təhlükəsiz sınaq mesajları göndərərkən uzun müddət dairəvi trayektoriyada uçur. Rabitə cihazlarının bu mərhələdə söndürülməsi təyyarənin izləmə sistemlərindən "yox olduğu” təəssüratını yaradır.

AFD FE2 çağırış işarəsi ilə uçan təyyarə, ABŞ-ın ballistik raket daşıyan sualtı qayıqlar da daxil olmaqla strateji qüvvələrinin nüvə münaqişəsi zamanı belə milli komanda orqanları ilə əlaqəni qorumasını təmin edən Tacamo (komandanı qəbul et və əməliyyata keç) missiyalarının tipik marşrutunu izləyirdi. Uçuşun ənənəvi olaraq əməliyyatların azaldığı, lakin dərhal tam hazırlıq vəziyyətinə gətirildiyi şükran günü bayramından dərhal sonra baş tutması diqqət çəkir.

ABŞ-ın "Qiyamət təyyarəsi” flotiliyası, rəsmi adı hava komanda mərkəzi olan "Operation Looking Glass” proqramının tərkib hissəsidir. bu flotiliyanın əsas məqsədi yerüstü komanda mərkəzləri məhv edildiyi halda prezident və müdafiə nazirinin ABŞ sualtı qayıqları, bombardmançı təyyarələri və raket siloları ilə birbaşa əlaqəsini təmin etməkdir.

"Boeing” tərəfindən 1989–1992-ci illər arasında istehsal edilən bu təyyarələr çox aşağı tezlik diapazonunda siqnal ötürən ikiqat quyruq teli antenlərinə malikdir. Ən kritik xüsusiyyətlərindən biri isə nüvə partlayışının səbəb ola biləcəyi güclü elektromaqnit impulsuna (EMP) davamlı quruluşda hazırlanmasıdır. Təyyarədə zədələnmə riski yüksək olan rəqəmsal avadanlıq əvəzinə daha dayanıqlı analoq texnologiya istifadə olunur.

Mart ayında da oxşar bir "Mercury” təyyarəsi tinker hava qüvvələri bazasından qalxaraq Omaha səmasında uçarkən müşahidə edilmişdi. Omaha, milli idarəetmə və döyüş təyyarələrini dəstəkləyən mühüm nüvə komanda, idarəetmə və rabitə mərkəzinə ev sahibliyi edir. Həmin həftə daha üç "Mercury” təyyarəsi qısa müddətli uçuşlar həyata keçirmişdi, lakin bu beş uçuşun məqsədi açıqlanmayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->