Xəbər lenti

ABŞ konqresmenləri İrəvana niyə gedib? (ŞƏRH)
Siyasət 12:42 23.09.2023

ABŞ konqresmenləri İrəvana niyə gedib? (ŞƏRH)

"Senatorların Ermənistana səfərləri fonunda ABŞ-Azərbaycan münasibətlərində ciddi gərginliyin olacağını düşünmürəm. Amma Senat və Konqres səviyyəsində müəyyən problemlərimiz var”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev senator Cerri Pitersin başçılıq etdiyi ABŞ Konqresi heyətinin Ermənistana səfərini şərh edərkən deyib.

"ABŞ-ın Azərbaycana qarşı son zamanlar tutduğu mövqe anlaşılan deyil. Çünki izahı olmayan bir mövqedir. Azərbaycan ABŞ-ın bölgədəki ən yaxşı tərəfdaşlarından biridir. Dövlət səviyyəsində Vaşinqtonla Bakı arasında hər hansı bir siyasi gərginlik baş verməyib. Görünən odur ki, ABŞ özünün Cənubi Qafqazdakı siyasi uğursuzluğunu Azərbaycana yükləmək istəyir. ABŞ senatorları dövlət maraqlarından daha çox şəxsi maraqlara xidmət edən sistemə qulluq edir. Bu ölkədə Loq Rolling deyilən səslərin pulla satılması sistemi var. Yəni hansı lobbi pul verirsə, senatorlar da onların maraqlarını təmin edir”, deyə politoloq  bildirib.
 


Həmsöhbətimizin fikrincə, ABŞ-ın bir sıra senatorlarının ölkəmizə qarşı tutduğu qərəzli mövqeyin arxasında dövlətin deyil, ancaq özlərinin şəxsi maraqları dayanır: 

"330 milyonluq bir dövlət iki milyonluq erməni dövlətinin əlində əsir-yesir qalıb. ABŞ qarşısına türk dünyasını almaq istəyirsə, bu, onun üçün o qədər də uğurlu ssenari olmayacaq. Vaşinqtonda bu barədə fikirləşsələr yaxşı olar. Senatorların Ermənistanda nə deyəcəklərinə gəlincə, bu, Azərbaycan üçün önəmli deyil. Azərbaycan heç kəsin tapşırığına qulaq asmadan öz iradəsini ortaya qoyur, öz siyasətini həyata keçirir”. 

Qeyd edək ki, senator Cerri Pitersin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti Ermənistanda səfərdədir. Senator səfər çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan, xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və digər rəsmi şəxslərlə görüşəcək. Tərəflərin ikitərəfli münasibətləri, həmçinin Qarabağdakı durumu, Azərbaycanın keçirdiyi antiterror tədbirlərinin nəticəsini müzakirə edəcəkləri gözlənilir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->