İdman 19:55 31.05.2023

Abakarova ilk qələbəsini qazandı

Azərbaycan taekvondoçusu Patimat Abakarova (49 kq) Bakıda təşkil olunan dünya çempionatında ilk qələbəsini qazanıb.
 
Qaynarinfo-nun məlumatına görə, idmançı 1/16 finalda Çina Murakamini (Yaponiya) mübarizədən kənarlaşdırıb. Abakarova 2:1 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda Botakoz Kapanova (Qazaxıstan) ilə üz-üzə gələcək. 

Mundialın üçüncü günündə 3 çəki dərəcəsində qaliblər bəlli olacaq.
 
Səbuhi Həsənov