XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb
Ölkə15:55 28.09.2026

Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb

Antalyanın Manavqat rayonunda yolayrıcında minik avtomobili ilə toqquşaraq aşan yük maşınının səbəb olduğu qəzada dayanacaqda həyatını itirən rusiyalı Arina Dautovanın cənazəsi bacısı və yaxınları tərəfindən Antalya Məhkəmə Tibb İnstitutundan təhvil alınıb.

Qaynarinfo xəbər verir ki, eyni qəzada həlak olan 23 yaşlı Azərbaycan vətəndaşı Alyona Dovqalyovanın cənazəsini isə hələlik təhvil almağa gələn olmayıb.

Dautovanın bacısı cənazənin təhvil alınması zamanı göz yaşlarını saxlaya bilməyib. Uzun müddət özünə gələ bilməyən qadın yaxınlarının köməyi ilə avtomobilə mindirilib. Onun cənazəsinin Kurşunlu qəbiristanlığında dəfn ediləcəyi bildirilib.

Aydın