Xəbər lenti

Abramoviç:
İdman 20:40 10.06.2025

Abramoviç: "Heç bir futbol klubunda rol almaqla maraqlanmıram"

Londonun "Çelsi” klubunun keçmiş sahibi Roman Abramoviç futbol klubunda hər hansı rolda iştirak etmək istəmədiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

"Bəlkə akademiyaların işi və gənclərlə bağlı nələrsə edə bilərdim, xüsusilə də çətin ailələrdən gələnlərə daha çox imkan yaratmaq baxımından. Amma klubun sahibi olmaq və ya peşəkar rol almaq məsələsinə gəldikdə isə, bu mərhələ mənim üçün bitib", deyə Abramoviç qeyd edib.

Roman Abramoviç "Çelsi” klubunu 2003-cü ildə 140 milyon funt-sterlinqə almışdı. Onun rəhbərliyi dövründə London təmsilçisi İngiltərə Premyer Liqasının beşqat çempionu olub, iki dəfə Çempionlar Liqasını və Avropa Liqasını, beş dəfə İngiltərə Kubokunu və üç dəfə İngiltərə Liqa Kubokunu qazanıb. 2022-ci ilin mayında isə o, sanksiyalar səbəbindən klubu satmağa məcbur olub.

Komandanın yeni sahibi Todd Bouli transfer pəncərəsində bir neçə yüz milyon avro xərcləyərək liqanın ən çox vəsait sərf edən klubu olub. "Çelsi” 2022/23 mövsümündə uzun fasilədən sonra avrokuboklara vəsiqə qazana bilməmişdi. Lakin 2024/25 mövsümündə klub Konfrans Liqasının qalibi olub və Çempionlar Liqasına vəsiqə qazanıb.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın "Çelsi” klubunun satışından əldə olunan vəsaitdən dondurulmuş 2,3 milyard funt sterlinqi Ukraynaya yönəltməyi planlaşdırdığı bildirilmişdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->