Xəbər lenti

AFFA 14 turda klubları 193 min cərimə edib - Pullar hara gedir?
İdman 21:15 16.12.2025

AFFA 14 turda klubları 193 min cərimə edib - Pullar hara gedir?

Məlum olduğu kimi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2025/2026 mövsümündən başlayaraq bütün liqalarda klublar üçün cərimələri artırıb. Cərimələrin artırılması AFFA-nın İntizam Məcəlləsində əksini tapıb.
 
Az qala 104 maddənin hər birində artım müşahidə olunur. Maddələrdən asılı olaraq 50-60, hətta 100 faizlik artımdan söhbət gedir. Təbii ki, belədə ötən mövsümlərlə müqayisədə cərimələrdən yığılan məbləğdə də artım var. 

"Futbolxeber.az" saytı AFFA İntizam Komitəsinin bu mövsüm Premyer Liqa klublarına verdiyi cəzalarla bağlı araşdırma aparıblar. Araşdırma nəticəsində məlum olub ki, 14 tur ərzində Premyer Liqada baş verən xoşagəlməz hallara görə klublar ümumilikdə 193 300 manat cərimə olunublar. 

193 300 manatlıq cərimə məbləğində klubların "pay bölgüsü" aşağıdakı kimidir: 

"Neftçi” - 72400
"Sumqayıt” - 19300
"Kəpəz” - 18600
"Karvan-Yevlax” - 16700
"İmişli” - 16400
"Sabah” - 15100
"Qarabağ” - 11000
"Şamaxı” - 7900
"Turan Tovuz” - 6900
 "Araz-Naxçıvan” - 4400
"Qəbələ” - 2400
"Zirə” - 2200

Nəzərə alsaq ki, mövsüm hələ yarılanmayıb, qış fasiləsinə qədərki son iki turun cərimələri hesablandıqdan sonra məbləğ 200 mini ötəcək. Futbol ilinin sonuna qədər isə bu rəqəmin yarım milyona çatması realdır. Kifayət qədər böyük rəqəmdir. Bəs cərimələr rəhbər dəyişikliyindən sonra AFFA-ya ödənilir, yoxsa əvvəlki kimi PFL-ə? Klubların "borc dəftəri" varmı? Ümumiyyətlə, yığılan pullar hara xərclənir? 

Fanat.Az məsələyə hər iki qurumun mətbuat xidmətindən cavab alıb.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov: "Xeyr, ötən mövsümlərlə müqayisədə bu mövzuda dəyişiklik yoxdur. Əvvəllər də olduğu kimi, AFFA İntizam Komitəsinin verdiyi cəzalardan gələn maliyyə vəsaiti PFL-in hesabına köçür".

PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev: "Oyunlarda tətbiq olunan cərimələr əvvəlki qaydada ödənilir. Klublar ilə Peşəkar Futbol Liqası arasında həm oyunların təşkili və keçirilməsi, eləcə də maliyə məsələləri müstəvisində münasibətlər üst səviyyədədir. Klublar Peşəkar Futbol Liqasına cərimələri ödəyirlər. İndi hansı klubun borcunun olub-olmamasını demək əməkdaşlıq baxımından uyğun deyil. Daxil olan cərimələr büdcə planlamasına uyğun olaraq, yönləndirilir".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->